Son dəqiqə

Çin Qırğızıstan

Qırğızıstan Çindəki sərgidə iştirak edəcək

Bakı,TurkicWorld

Qırğızıstan bu il sentyabrın 12-16-da Pekində (Çin Xalq Respublikası) keçiriləcək beynəlxalq xidmətlər sərgisində iştirak edəcək.

TurkicWorld xəbər verir ki,bu barədə Qırğızıstan Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi məlumat yayıb.

Onun sözlərinə görə, nazir müavini Nazarbek Malaev ilə Çin Beynəlxalq İqtisadi və Texniki Mübadilə Mərkəzinin direktor müavini başda olmaqla, Çin Xalq Respublikasının Ticarət Nazirliyinin nümayəndələri arasında keçirilən görüşdən sonra razılıq əldə olunub.

Qeyd edək ki,Görüş zamanı tərəflər Qırğızıstan Respublikasının Çin beynəlxalq xidmət ticarəti yarmarkasında iştirak şərtlərini müzakirə ediblər.

Mövzuya görə xəbərlər