Silikon Vadisində Qırğızıstanın Yüksək Texnologiyalar Parkının açılışı olub

Silikon Vadisində Qırğızıstanın Yüksək Texnologiyalar Parkının açılışı olub

Bakı. TurkicWorld:

Qırğızıstan Nazirlər Kabinetinin sədri - Qırğız Respublikası Prezidenti Administrasiyasının rəhbəri Akılbek Japarov San-Fransisko şəhərinə işgüzar səfəri çərçivəsində Silikon Vadisində Qırğızıstan Respublikasının Yüksək Texnologiyalar Parkının açılış mərasimində iştirak edib.

TurkicWorld xəbər verir ki, tədbirdə Qırğızıstanın beynəlxalq texnologiya korporasiyalarında çalışan IT mütəxəssisləri iştirak ediblər.

Akılbek Japarov dövlətin IT təşəbbüslərini dəstəkləməyə hazır olduğunu vurğulayıb və əlavə edib ki, Nazirlər Kabinetinin məqsədi Qırğızıstanı IT sənayesinin inkişafı üçün ən yaxşı yerə çevirməkdir.

X: Lamanasadli01