Qırğızıstan və Dünya Bankı arasında Kambarata layihəsi üzrə razılıq əldə olunub

Qırğızıstan və Dünya Bankı arasında Kambarata layihəsi üzrə razılıq əldə olunub

Bakı, TurkicWorld:

Qırğızıstan və Dünya Bankı arasında Kambarata SES-1 layihəsi üzrə razılıq əldə olunub.

TurkicWorld xəbər verir ki, bu barədə razılaşma Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarovla Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun yaz iclasları çərçivəsində DB-nin İqtisadiyyat və Maliyyə üzrə regional direktoru Əsəd Alam, eləcə də DB-nin İnsan İnkişafı üzrə vitse-prezidenti Mamta Murti ilə görüşləri zamanı əldə edilib.

Tərəflər bütün dünyada iqlim dəyişikliyi və təbii fəlakətlər kontekstində bu məsələlərin müzakirəsinin vacibliyini qarşılıqlı olaraq qeyd ediblər.

Bu görüşlər nəticəsində Qırğızıstanla Dünya Bankı arasında tərəfdaşlığın praktiki olaraq gücləndirilməsinə dair razılıq əldə olunub, xüsusən də tərəflər Kambarata SES-1-in tikintisi çərçivəsində əməkdaşlığın maliyyə modelinin hazırlanması barədə razılığa gəliblər.

Məlumat üçün bildirək ki, 2023-cü il yanvarın 6-da Bişkekdə Qazaxıstan Respublikasının energetika naziri Bolat Akçulakov, Qırğızıstanın energetika naziri Taalaibek Ibraev və Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamaxmudov arasında Kambarata SES-1 layihəsinin “Yol xəritəsi” imzalanıb.

X: Lamanasadli01