Son dəqiqə

Türkiyə Qırğızıstan

Qırğızıstan XİN rəhbəri Türkiyəyə rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev martın 1-3-də Türkiyəyə rəsmi səfər edəcək.

TurkicWorld-un məlumatına görə, Xarici işlər naziri işgüzar səfəri çərçivəsində Antalya Diplomatik Forumunda iştirak edəcək.

Forum çərçivəsində bir çox ölkələrin Xarici Əlaqələr Departamentlərinin rəhbərləri ilə görüşlər və panel sessiyasında çıxışlar nəzərdə tutulub.

Onu da qeyd etmək lazımdır ki, forumda 60-dan çox dövlətin xarici əlaqələr idarələrinin rəhbərləri, 80 beynəlxalq və regional təşkilatın nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, 1-3 Mart tarixlərində Antalya Diplomatik Forumu keçiriləcək.

Mövzuya görə xəbərlər