Son dəqiqə

Qırğızıstan Akılbek Japarov

Qırğızıstan, türkiyəli sahibkarların rahat biznes qurması üçün hər cür şərait yaratmağa hazırdır - Akılbek Japarov

Bakı. TurkicWorld:

Qırğızıstan, türkiyəli sahibkarların rahat biznes qurması üçün hər cür şərait yaratmağa hazırdır.

TurkicWorld-un məlumatına görə, Qırğızıstan Nazirlər kabinetinin sədri - Qırğız Respublikası Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov, Qırğızıstan-Türkiyə biznes forumunda iştirak etmək üçün Bişkekə gələn bir çox türk şirkətlərinin nümayəndələri ilə görüş keçirib.

Görüş zamanı yüngül sənaye, tibb, əczaçılıq və təhsil sahələrində perspektivli layihələrin praktiki həyata keçirilməsinə qarşılıqlı maraq göstərilib.

Nazirlər kabinetinin sədri əldə olunmuş razılaşmaların praktiki şəkildə həyata keçirilməsinin zəruriliyinə diqqət çəkib və əlavə edib ki, Qırğızıstan tərəfi türkiyəli sahibkarların, Qırğızıstan Respublikası ərazisində rahat şəkildə biznes fəaliyyəti ilə məşğul olması üçün hər cür şərait yaratmağa hazırdır.

Qeyd edək ki, bu görüş Nazirlər kabinetinin sədrinin Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Ankarada aparılan danışıqların davamıdır.

Mövzuya görə xəbərlər