Son dəqiqə

Qırğızıstan Akılbek Japarov

Qırğızıstanda İnnovativ Texnologiyalar Mərkəzi qurulacaq

Bakı. TurkicWorld:

Qırğızıstanda İnnovativ Texnologiyalar Mərkəzi qurulacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov II beynəlxalq “Plus Digital Kyrgyzstan” forumunda bildirib.

Onun sözlərinə görə, mərkəz innovativ texnologiyaların, o cümlədən süni intellekt və kvant hesablamalarının inkişafı və tətbiqi ilə məşğul olacaq.

“Bu, dövlət subsidiyaları və sponsorluq hesabına maliyyələşdirilən qeyri-hökumət qurumu olacaq”, - deyə A.Japarov qeyd edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər