Son dəqiqə

Qırğızıstan Sadır Japarov BƏƏ

Sadır Japarov BƏƏ-yə rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Qırğızıstan prezidenti Sadır Japarov, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə Dünya Hökumət Sammitində iştirak etmək üçün fevralın 12-13-də Dubayda işgüzar səfərdə olacaq.​

TurkicWorld-un məlumatına görə, builki sammit, hökumətin transformasiyası, süni intellekt və yeni sərhədlər, gələcəyin inkişafı və iqtisadiyyatın yenidən dizaynı, gələcəyin cəmiyyəti və təhsili, davamlı inkişaf, yeni qlobal dəyişikliklər, urbanizasiya və qlobal prioritet olan səhiyyə və s. kimi mövzuların müzakirə obyekti olacaq.

Qlobal prioritetləri və tendensiyaları müzakirə etmək üçün keçirilən sammitdə 150-dən çox ölkədən dövlət və hökumət başçılarının, nümayəndələrin, beynəlxalq təşkilatların rəhbərlərinin və müxtəlif sahələrdə uğurlu dünya liderlərinin iştirakı gözlənilir. Bəşəriyyətə xidmət etmək üçün daha effektiv həllər tapmaq üçün beynəlxalq əməkdaşlığa, məlumat mübadiləsinə və qabaqcıl təcrübələrə təkan verəcək məsələlərə toxunulacaq.

Prezident Sadır Japarovun sammitin plenar iclasında çıxışı və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin rəhbərləri və Əmirlik şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər