Bakı. TurkicWorld:
Qırğızıstan Respublikasının prezidenti Sadır Japarov Almaniya Federal Kansleri Olaf Şolzun dəvəti ilə Berlinə işgüzar səfər edib.
TurkicWorld xəbər verir ki, prezident Japarovun sentyabrın 29-da keçiriləcək Almaniya-Mərkəzi Asiya Sammitində iştirak edəcəyi gözlənilir.
Məlumata əsasən, səfər çərçivəsində Qırğızıstan prezidentinin Olaf Şolz ilə ikitərəfli danışıqlar aparması, Mərkəzi Asiya liderlərinin Almaniyanın Federal Prezidenti Frank-Valter Ştaynmayer ilə birgə görüşündə iştirakı gözlənilir.
Ləman Əsədli
Twitter: Lamanasadli01