IATA Qırğızıstanda aviasiya infrastrukturunun inkişafına dəstək olacaq

IATA Qırğızıstanda aviasiya infrastrukturunun inkişafına dəstək olacaq

Bakı. TurkicWorld:

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) Qırğızıstanda aviasiya infrastrukturunun inkişafına dəstək olacaq.

TurkicWorld xəbər verir ki, bu barədə razılaşma Qırğızıstanın Manas Beynəlxalq Hava Limanında IATA nümayəndələri ilə görüş zamanı əldə edilib.

Məlumata əsasən, görüş çərçivəsində hava limanlarının və infrastrukturun inkişafı, yeni hava marşrutlarının açılması imkanları və hava limanlarının yerüstü xidmətləri sahəsində beynəlxalq keyfiyyət standartlarının tətbiqi müzakirə edilib.

Bundan əlavə, assosiasiyanın nümayəndələri Qırğızıstanda beynəlxalq sərnişinlər və yük daşımaları üçün ölkənin əlçatanlığını yaxşılaşdırmağa kömək edəcək aviasiya infrastrukturunun təkmilləşdirilməsinə dəstək verməyə və kömək etməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, IATA (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) 1945-ci ildə yaradılmış beynəlxalq assosiasiyadır. IATA dünya üzrə beynəlxalq hava daşımalarının 84%-dən çoxuna xidmət edən 250-dən çox aviaşirkəti birləşdirir.

Ləman Əsədli
Twitter: Lamanasadli01