Qırğızıstan və Tacikistan prezidentləri Düşənbədə görüşüb

Qırğızıstan və Tacikistan prezidentləri Düşənbədə görüşüb

Bakı. TurkicWorld:

Qırğızıstan prezidenti Sadır Japarov bu gün Düşənbədə Tacikistan prezidenti Emoməli Rəhmonla görüşüb.

TurkicWorld-un məlumatlına görə, ölkələrin liderləri geniş spektrli məsələləri, o cümlədən Qırğızıstan-Tacikistan ikitərəfli əməkdaşlığının aktual məsələlərini, Qırğızıstan-Tacikistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələlərini müzakirə ediblər.

Dövlət başçıları həmçinin regional və beynəlxalq gündəliyə, Mərkəzi Asiya dövlət başçılarının qarşıdan gələn Beşinci Məşvərət Görüşünə dair fikir mübadiləsi aparıblar.

Sadır Japarov və Emoməli Rəhmon iki dövlət və xalq arasında mehriban qonşuluğun möhkəmləndirilməsi üçün müntəzəm siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, sentyabrın 14-15 tarixlərində Tacikistanın paytaxtı Düşənbədə Mərkəzi Asiya dövlət başçılarının beşinci məşvərət görüşü keçirilir

Aytac Süleymanova

Twitter: a_alieva_