
Bakı. TurkicWorld:
Qırğızıstan Respublikasının prezidenti Sadır Japarov Düşənbəyə işgüzar səfər edəcək.
TurkicWorld xəbər verir ki, Japarovun Tacikistan prezidenti Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya dövlət başçılarının Beşinci Məşvərət Görüşündə iştirak edəcəcyi gözlənilir.
Məlumata əsasən, səfər çərçivəsində Qırğızıstan və Tacikistan liderlərinin ikitərəfli danışıqlar aparacağı gözlənilir.
Bundan əlavə, Mərkəzi Asiya dövlətləri başçılarının Düşənbədə çoxtərəfli əməkdaşlığın aktual məsələlərinin, eləcə də regional əməkdaşlığın perspektivlərinin müzakirə edəcəyi gözlənilir.
Ləman Əsədli
Twitter: lamanasadli01