Bakı. TurkicWorld:
Qırğızıstan Cənubi Koreya ilə yaşıl iqtisadiyyat və bərpa olunan enerji sahələrində əməkdaşlığı genişləndirir.
TurkicWorld xəbər verir ki, bu barədə razılaşma Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) vitse-prezidenti Li Yun Yonq və Qırğızıstan Respublikasının İqtisadiyyat və Ticarət nazirinin müavini Kanat Abdrahmanovun Cənubi Koreyada görüşü zamanı əldə edilib.
Məlumata əsasən, Abdrahmanov Qırğızıstanın sosial-iqtisadi inkişafına göstərdiyi köməyə görə KOICA-ya minnətdarlığını bildirib, ölkənin iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və enerji böhranı kimi problemlərlə üzləşdiyini qeyd edib.
Nazir müavini onu da vurğulayıb ki, Koreyanın təcrübə və qabaqcıl texnologiyaları Qırğızıstan üçün xüsusi maraq kəsb edir.
Qeyd edək ki, Koreya və Qırğızıstan arasında 1991-ci ildən indiyə qədər dövlət idarəçiliyi, kənd təsərrüfatı, rəqəmsallaşma, səhiyyə və ətraf mühit kimi sahələrdə ümumi dəyəri 70 milyon dollardan çox olan bir sıra layihələr həyata keçirilib.
Ləman Əsədli
Twitter: lamanasadli01







