Bakı. TurkicWorld:
Qırğızıstan pasportları artıq ölkədə çap ediləcək.
TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Respublikasının prezidentinin mətbuat katibi Erbol Sultanbayev məlumat verib.
Məlumata əsasən, pasportların hazırlanması ən qabaqcıl ölkələrdə tətbiq edilən son texnologiyalar əsasında həyata keçiriləcək.
“Əvvəllər Qırğızıstanın saxta pasportlarının xaricdə aşkarlanması faktları olub və onların istehsal yerini müəyyən etmək həmişə mümkün olmayıb. Artıq mühafizə dərəcəsinə görə bizim pasportlarımız dünyanın ən qabaqcıl on ölkəsi ilə eyni səviyyədə olacaq. Ona görə də bundan sonra Qırğızıstanın saxta pasportlarının eyni keyfiyyətdə hazırlanması mümkün olmayacaq. Növbəti il milli valyutamızı çap etməyə başlayacağıq”, - deyə o qeyd edib.
Ləman Əsədli
Twitter: lamanasadli01







