Bakı. TurkicWorld:
Dünya Bankı Qırğızıstan Respublikasının enerji, təmiz su, irriqasiya və kənd təsərrüfatı sahəsində iri layihələri maliyyələşdirəcək.
TurkicWorld xəbər verir ki, bu barədə razılaşma Qırğızıstanın Nazirlər Kabinetinin sədri Akılbek Japarov və Dünya Bankının Qırğızıstandakı nümayəndəliyinin rəhbəri Navid Naqvinin görüşü zamanı əldə edilib.
Məlumata əsasən, görüş çərçivəsində tərəflər 2024-2028-ci illər üçün Dünya Bankının yeni Tərəfdaşlıq Layihəsi, Qırğızıstan və Dünya Bankı arasında sazişləri, enerji sənayesinin inkişafı və Digital CASA layihəsini müzakirə ediblər.
Bundan əlavə, A.Japarov Dünya Bankının əlverişli və çevik maliyyələşdirmə, texniki və ekspert dəstəyi baxımından Qırğızıstanın etibarlı tərəfdaşı olduğunu vurğulayıb.
Ləman Əsədli
Twitter: lamanasadli01