Qazaxıstanda seçkilərdə seçici fəallığı 14 faizi keçib

Qazaxıstanda seçkilərdə seçici fəallığı 14 faizi keçib

Bakı. TurkicWorld:

Vilayət, respublika əhəmiyyətli şəhər, paytaxt komissiyalarının 19 mart 2023-cü il saat 10:10-a verdiyi məlumata görə, siyahılara daxil edilmiş vətəndaşların ümumi sayının 14,21 faizi seçki bülletenlərini qəbul edib.

TurkicWorld-un məlumatına görə, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyası bildirib.

Vətəndaşların seçi fəallığı ilə bağlı əlavə məlumat Astana vaxtı ilə saat 12:10, 14:10, 16:10, 18:10 və 20:10-da veriləcək.

Qeyd edək ki, Qazaxıstanda parlamentə və yerli nümayəndəlik orqanlarına seçkilər başlayıb. Seçki məntəqələrində yerli vaxtla saat 7:00-da başlayan səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.

Saat 20:00-dan sonra səslərin hesablanması proseduruna başlanacaq.