Son dəqiqə

Qazaxıstan Kasım-Jomart Tokayev İordaniya Astana ikitərəfli əməkdaşlıq Kralı II Abdullah İkitərəfli görüşlər iqtisadi və ticari əlaqələr

Qazaxıstan və İordaniya liderləri ikitərəfli əlaqələrin inkişafını müzakirə etdilər

BAKI,TurkicWorld, Fərid Mikayılov

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və İordaniya Kralı II Abdullah Astanada dar tərkibdə danışıqlar aparıblar.

TurkicWorld xəbər verir ki, Tokayev, ilin əvvəlində Əmman şəhərinə etdiyi səfəri məmnuniyyətlə xatırladığını bildirib.

“Qazaxıstan və İordaniya arasında əməkdaşlıq kifayət qədər uğurludur, lakin müzakirəyə ehtiyacı olan bir sıra yeni mövzular mövcuddur” – deyə Tokayev qeyd edib.

Öz növbəsində, Kral II Abdullah səmimi qəbula görə təşəkkür edib və iki ölkə arasında münasibətlərin daha da möhkəmlənəcəyinə inamını ifadə edib.

Kral II Abdullahın Qazaxıstana rəsmi səfərinin əsas səbəbi Astananın ev sahibliyi edəcəyi Qazaxıstan–İordaniya biznes forumu olacaq.

Təxminən 300 sahibkar və investorun iştirak edəcəyi forumda iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə ediləcək. Tədbirdə dövlət başçılarının da iştirakı gözlənilir.

Mövzuya görə xəbərlər