Bakı. TurkicWorld:
Qazaxıstan Aviasiya Administrasiyası (AAK) və Monqolustanın Mülki Aviasiya İdarəsi (CAA) uçuşların təhlükəsizliyi və aviasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı davam etdirmək və genişləndirmək barədə razılığa gəliblər.
TurkicWorld xəbər verir ki, tərəflər mülki aviasiyanın dövlət tənzimlənməsi sahəsində təcrübə mübadiləsi aparıb, Çingiz Xan Beynəlxalq Hava Limanında olublar.
Mütəxəssislər mülki aviasiya sənayesinin vəziyyətini də müzakirə edərək, Çingiz Xan Beynəlxalq Hava Limanında hava gəmilərinin istismarı, uçuşa yararlılığının saxlanılması, aviasiya personalının lisenziyalaşdırılması, aviasiya təhlükəsizliyi sisteminin sertifikatlaşdırılması və uçuş təhlükəsizliyinə və aviasiya təhlükəsizliyinə nəzarət prosedurlarını təhlil ediblər.
Bundan əlavə, AAK-ın təcrübəsindən istifadə edərək, Monqolustanın Mülki Aviasiya İdarəsinin nümayəndələri uçuş təhlükəsizliyinə nəzarət və monitorinq, habelə pozuntuların idarə edilməsi və risklərin qiymətləndirilməsi üzrə rəqəmsal sistemin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.