Son dəqiqə

Qazaxıstan BƏƏ

Ramazan bayramı üçün BƏƏ turistləri ən çox Qazaxıstana səyahət edəcək

Bakı. TurkicWorld:

Ramazan bayramı üçün Birləşmiş Ərəb Əmirliklərindən olan turistlər ən çox Qazaxıstana səyahət etməyi üstün tutur.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstanın “Kazakh Turizm” Səhmdar Cəmiyyəti məlumat yayıb.

"BƏƏ sakinləri üçün ən çox üstünlük verilən gediş tarixi 2 aprel 2024-cü ildir, sorğuda iştirak edən səyahətçilərin yarıdan çoxu (51%) bir həftə və ya daha az davam edən səfərlərə üstünlük verir. Qazaxıstan 195% maraq artımı ilə digər məşhur istiqamətləri əhəmiyyətli dərəcədə üstələyir", - deyə məlumatda qeyd edilib.

Məlumata əsasən, Qazaxıstanı 115 faizlə Seyşel adaları, 99 faizlə Kipr, 90 faizlə Yunanıstan izləyir.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər