Fransa Qazaxıstanın Avropadakı çox mühüm və etibarlı tərəfdaşıdır - Tokayev

Fransa Qazaxıstanın Avropadakı çox mühüm və etibarlı tərəfdaşıdır - Tokayev

Bakı. TurkicWorld:

Fransa Qazaxıstanın Avropadakı çox mühüm və etibarlı tərəfdaşıdır.

TurkicWorld-un məlumatına görə, bu sözləri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı deyib.

"Bu gün iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq yeni səviyyəyə qalxır. Fransa Qazaxıstanın Avropadakı çox mühüm və etibarlı tərəfdaşıdır. Ötən illə müqayisədə, qarşılıqlı ticarət dövriyyəsi 30 faiz artaraq 4 milyard dollara çatıb. Birgə layihələr enerji, dağ-mədən və kimya sənayesi, maşınqayırma, tikinti materiallarının istehsalı, aerokosmik, əczaçılıq və digər sənaye sahələrini əhatə edir. Bundan əlavə, bir sıra digər mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu layihələr bu gün baş tutacaq Qazaxıstan-Fransa biznes forumunda ətraflı müzakirə olunacaq",- deyə Tokayev bildirib.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron bu gün Qazaxıstan Respublikasına rəsmi səfər edib.