Son dəqiqə

Qazaxıstan Kasım-Jomart Tokayev yanğın

Qazaxıstanda kömür mədənində yanğın baş verib

Bakı, TurkicWorld:

Qazaxıstanın Qaraqandı şəhərində kömür mədənində naməlum səbəbdən yanğın baş verib.

TurkicWorld xəbər verir ki, hadisə nəticəsində ən az 11 nəfər həyatını itirib, 18 nəfər yaralı isə xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, yanğın zamanı mədəndə 252 işçinin olduğu, 205 işçinin isə mədəndən çıxarıldığı açıqlanıb.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev mədəndə işləyən şirkətin fəaliyyətinin dayandırıldığını açıqlayıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər