Qazaxıstan prezidenti Çinə rəsmi səfər edəcək

Qazaxıstan prezidenti Çinə rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayev 17-18 oktyabr tarixlərində Çinə rəsmi səfər edəcək.

TurkicWorld xəbər verir ki, Pekində Kasım-Jomart Tokayevin Çin lideri Si Cinpin, Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Qianq, Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Zhao Leji ilə danışıqlar aparacağı, həmçinin, 3-cü "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumunun iclasında iştirak edəcəyi gözlənilir.

Məlumata əsasən, Qazaxıstan lideri Çinin böyük şirkətlərinin rəhbərləri ilə də bir sıra görüşlər keçirəcək.

Ləman Əsədli
Twitter: Lamanasadli01