Qazaxıstanın ilk Atom Elektrik Stansiyasının Almatıda tikilməsi planlaşdırılır

Qazaxıstanın ilk Atom Elektrik Stansiyasının Almatıda tikilməsi planlaşdırılır

Bakı. TurkicWorld:

Qazaxıstanın ilk Atom Elektrik Stansiyasının (AES) Almatı şəhərində tikilməsi planlaşdırılır.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Energetika Nazirliyi Qazaxıstanda AES-i tikəcək şirkətlə bağlı hələlik yekun qərar verməyib.

Müraciət edənlər siyahısına dörd şirkət daxil edilib:

-Çinin CNNC şirkəti

-Cənubi Koreyanın KHNP şirkəti

-Rusiyanın Rosatom şirkəti

-Fransanın EDF şirkəti.

Qeyd edək ki, AES-in tikintisi ilə bağlı qərarı 2022-ci ilin noyabrında Almatı vilayətinin Məşvərət Şurası təsdiq edib.

Ləman Əsədli
Twitter: Lamanasadli01