Qazaxıstanda KTMT və Avrasiya İqtisadi Gömrük İttifaqından çıxmaq üçün imza toplanılır

Qazaxıstanda KTMT və Avrasiya İqtisadi Gömrük İttifaqından çıxmaq üçün imza toplanılır

Bakı TurkicWorld

Qazaxıstanda KTMT və Avrasiya İqtisadi Gömrük İttifaqından çıxmaq üçün imza toplanılır.

TurkicWorld xəbər verir ki, artıq 50 mindən çox qazaxıstanlı Rusiya ilə inteqrasiya proseslərinin dayandırılması üçün imza atıb. Məlumata görə, petisiyaya imza atanların sayı hər saat artır.

Qeyd edək ki, bu petisiya 2022-ci il fevralın 25-də, Rusiyanın Ukraynada genişmiqyaslı müharibəyə başlamasından bir gün sonra yaranıb.

Xatırladaq ki, Qazaxıstan Milli Məclisi mayın 31-də dövlət orqanlarına vəsatətlərin verilməsi qaydasını tənzimləyən “İctimai nəzarət haqqında” qanunu və ona əlavə edilmiş dəyişiklikləri ikinci oxunuşda qəbul edib. Qanun qüvvəyə mindiyi andan Qazaxıstanda azı 50 min imza toplayan petisiyalara hökumət səviyyəsində baxılacaq.

Mehriban Xəlilli

@MXalilbekova