Bakı, TurkicWorld:
Qazaxıstanın paytaxtı Astanada tikintisi davam edən yaşayış kompleksində qaz balonunun partlaması nəticəsində güclü yanğın baş verib.
TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Departamentindən bildirilib.
Məlumata əsasən, hadisə yerinə çox sayda yanğınsöndürən maşın cəlb edilib və yanğın söndürülüb.
Yanğın nəticəsində ölən və yaralanan yoxdur.
Ləman Əsədli