Son dəqiqə

Qazaxıstan İtaliya Giorgia Meloni

İtaliyanın Baş nazirinin Qazaxıstana səfəri ləğv edilib

Bakı. TurkicWorld:

İtaliyanın baş naziri Ciorcia Meloninin Qazaxıstana mayın 22-nə planlaşdırılan səfəri İtaliyanın şimalında baş verən təbii fəlakət səbəbindən ləğv edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi Ruslan Jeldıbay məlumat verib.

"İtaliya hökuməti başçısının Astanaya daha əvvəl elan olunmuş işgüzar səfəri baş tutmayacaq. İtaliya tərəfi prezidentlə Ciorcia Meloni arasında telefon danışığı olmasını xahiş edib", - deyə o bildirib.

Onun sözlərinə görə, Emiliya-Romanya bölgəsində baş verən və çoxsaylı insan tələfatına səbəb olan güclü daşqınlarla əlaqədar C.Meloni Yaponiyanın Xirosima şəhərində keçirilən G7 sammitində iştirakını vaxtından əvvəl dayandırıb və təbii fəlakətdən zərər çəkmiş yerlərə getmək üçün İtaliyaya qayıdıb.

Ruslan Jeldıbay qeyd edək ki, İtaliyanın şimalında ən azı 40 yaşayış məntəqəsi su altında qalıb, 20 mindən çox insan evsiz qalıb.

Mövzuya görə xəbərlər