Son dəqiqə

ANAMA Mina Qurbanlarının Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Gənclik Platforması Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi

ANAMA əməkdaşları qəzada yaralanıblar

Bakı, TurkicWorld

Beyləqan rayon Birinci Şahsevən kəndi ərazisində səhər saatlarında yol nəqliyyat hadisəsi baş verib.

TurkicWorld xəbər verir ki, səhər saat 05:00 radələrində Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Qəza zamanı ağır xəsarət alan qardaşlardan biri ölüb.

Belə ki, xəsarət alan 3 qardaşların biri 1996-cı il təvəllüdlü Elvin Həşimov xəstəxanada həyatını itirib. Qəza zamanı xəsarət alan digər 2 nəfərin müalicəsi xəstəxanada davam etdirilir. Xəsarət alan şəxslərin ANAMA əməkdaşları olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mövzuya görə xəbərlər