Bakı.TurkicWorld :
Xəbər verdiyimiz kimi, bugün Bakıda üç polis və bir mülki şəxs öldürülüb.
TurkicWorld xəbər verir ki,Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib. O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək "Lancaster" markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.
Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Öldürülən polis əməkdaşlarının adları açıqlanıb.
Polis kapitanı Məmmədov Eldəniz
Polis serjantı Ağayev Mahir
Polis serjantı Heydərov Mirəli