Son dəqiqə

Bərdə Daxili İşlər Nazirliyi

Qarabağ kanalının daşmasına görə sakinlər təxliyə edilir

Bakı. TurkicWorld:

Bu gün Qarabağ kanalının daşması nəticəsində Bərdə rayonunun Qaraqoyunlu kəndində yaranmış fəsadların aradan qaldırıması istiqamətində tədbirlər görülür.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan TurkicWorld-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları və digər aidiyyəti qurumlar tərəfindən müvafiq işlər həyata keçirilir.

Bildirilib ki, polis əməkdaşları sakinlərin və onların əmlakının təhlükəsiz şəkildə təxliyə edilməsi üçün zəruri tədbirləri davam etdirirlər.

Mövzuya görə xəbərlər