Son dəqiqə

neft hasilatı OPEC+ Brent WTI

Dünyada neft qiymətlərindəki artım bir qədər ləngiməklə beş faiz təşkil edib

Bakı. TurkicWorld:

Bazar ertəsi dünyada neft qiymətlərindəki artım bir qədər ləngiməklə 5% təşkil edib. İnvestorlar OPEC+ ölkələrinin hasilatı azaltmaları haqqında xəbərləri qiymətləndirirlər.

TurkicWorld xəbər verir ki, sövdələşmə məlumatları bunu təsdiqləyir.

Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 4,87% artaraq bir bareli 83,78 dollara, WTI markalı neftin may fyuçerslərinin qiyməti 4,89% artaraq 79,37 dollara çatıb. Bazar ertəsi maksimal qiymət isə 81,58 dollar olub.

Bazar günü bir sıra OPEC+ ölkəsi, o cümlədən Səudiyyə Ərəbistanı neft hasilatını artıq mövcud olan kvotadan əlavə olaraq azaldacağını bildirib. Bu, may ayından 2023-cü ilin sonunadək reallaşdırılacaq və hasilat gündəlik 1,1 milyon barel təşkil edəcək.

"Bu tədbir bazara onların qiymətləri qoruyub saxlayacaqlarına dair aydın siqnal göndərir", - "Australia & New Zealand Banking Group Ltd."nin xammal üzrə baş strateqi Deniel Hayns "Bloomberg" agentliyinə deyib.

Ekspertin sözlərinə görə, həmçinin neft qiymətlərinin yenidən 100 dollara çatacağı ilə bağlı şans "qəti şəkildə artıb".

Mövzuya görə xəbərlər