Son dəqiqə

İran ABŞ Brent Donald Tramp Hörmüz boğazı Neft Qiymətləri enerji bazarı Neft İxracı Qərbi Texas nefti

Neft qiymətləri 90 dollara yaxınlaşıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Neft qiymətləri ABŞ və İran arasında razılaşma ehtimallarının azalması fonunda 2 faizdən çox bahalaşaraq bir həftədən çox müddətin ən yüksək həddinə çatıb.

TurkicWorld xəbər verir ki, Donald Trampın Tehrandan təzminat tələb etməsindən sonra ABŞ-İran müharibəsinin başa çatması və Hörmüz boğazının yenidən açılması ilə bağlı ümidlər zəifləyib.

Məlumata görə, "Brent" markalı neftin bir barelinin qiyməti 1,73 dollar və ya 1,97 faiz artaraq 89,45 dollara yüksəlib.

ABŞ-ın "Qərbi Texas" markalı neftinin qiyməti isə 1,91 dollar və ya 2,33 faiz artaraq 84,04 dollara çatıb.

Hər iki əsas göstərici iyulun 31-dən etibarən ən yüksək səviyyədə qeydə alınıb.

Bazar iştirakçıları qiymət artımını Trampın İranın sülh razılaşması üçün irəli sürdüyü şərtlərə cavab olaraq yeni tələblər təqdim etməsi ilə əlaqələndirirlər.

Bazar ertəsi günü də hər iki neft göstəricisi 5 faizdən çox yüksəlib. Buna səbəb kimi ABŞ prezidentinin İranın müharibə, hücumlar və etirazlar zamanı ölən amerikalılar üçün təzminat ödəməli olduğunu bildirməsi göstərilir.

Tramp daha sonra ABŞ-nin Hörmüz boğazına nəzarət etdiyini və strateji neft yolunun İran tərəfindən yerləşdirildiyi iddia olunan minalardan təmizləndiyini açıqlayıb.

Mövzuya görə xəbərlər