Son dəqiqə

İran ABŞ neft hasilatı İraq İraq nefti Hörmüz boğazı Neft İxracı Bəssam Məhəmməd Xudeyr

İraqın neft ixracı Hörmüz boğazındakı məhdudiyyətlər fonunda 75 faiz azalıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İraqın neft naziri Bəssam Məhəmməd Xudeyr Hörmüz boğazı vasitəsilə həyata keçirilən neft ixracının ABŞ və İsrailin İranla müharibəsinin başlanmasından sonra 75 faiz azaldığını bildirib.

TurkicWorld xəbər verir ki, Bəssam Məhəmməd Xudeyr mətbuat konfransında müharibədən əvvəl İraqın gündə təxminən 3,4 milyon barel neft ixrac etdiyini açıqlayıb.

Nazir mövcud vəziyyətin ölkənin neft ixracı üçün alternativ marşrutların yaradılmasının vacibliyini göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, gələcəkdə ixrac yollarının şaxələndirilməsi üçün yeni həllərin tapılmasına ehtiyac var.

Xudeyr hazırda İraqın gündəlik neft hasilatının 2,7 milyon barel təşkil etdiyini bildirib. O qeyd edib ki, ölkə gündə 1,5-1,7 milyon barel neft ixrac edir.

İraq rəsmisi Hörmüz boğazı vasitəsilə ölkənin neft ixracına imkan yaradılması məqsədilə İranla danışıqlar aparıldığını da açıqlayıb. Bununla belə, onun sözlərinə görə, bu istiqamətdə nəzərdə tutulan mexanizm hələ fəaliyyətə başlamayıb.

Nazir İraqdakı neft şirkətlərinə qarşı istənilən hücumu qəbuledilməz hesab etdiklərini bildirib. O əlavə edib ki, neft şirkətlərinin mümkün hücumlar nəticəsində zərərə məruz qalacağı təqdirdə onlara təzminat verilməsi barədə razılıq əldə olunub.

Mövzuya görə xəbərlər