Bakı, Dekabr 16. /TurkicWorld/
İstanbul şəhərində yerləşən Türkiyənin ilk yeraltı təbii qaz qurğusu olan Silivri Təbii Qaz Anbarının tutumu 4 milyard 600 milyon kubmetrə yüksəldilib. TurkicWorld-un məlumatına görə, bu göstərici ilə Avropanın ən böyük qaz anbar sahəsinə çevrilib.
Qeyd edək ki, bundan öncə qaz anbarının tutumu 3,2 milyard kubmetr, gündəlik istehsal gücü isə 28 milyon kubmetr idi.
Obyekt hazırkı vəziyyəti ilə Türkiyənin illik təbii qaz ehtiyacının təxminən yüzdə 8-ni qarşılayacaq vəziyyətdədir.
Ambarın elektrik enerjisinə olan tələbatı quraşdırılmış gücü 4,2 meqavat olan külək turbininin hesabına ödəniləcək.
Obyektin açılışını bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan edəcək.







