Türkiyə qaz idxalından asılılığını 30% azalda bilər

Türkiyə qaz idxalından asılılığını 30% azalda bilər

Bakı. TurkicWorld:

Türkiyənin Qara dənizin dibində yeni yataqların işlənməsi niyyəti ölkənin idxal qazından asılılığının 30% azalmasına səbəb ola bilər.

TurkicWorld xəbər verir ki, bunu Türkiyənin təbii sərvətlər və energetika naziri Fatih Dönməz bildirib.

“Qara dəniz qazı istifadəyə veriləndə ümumi istehlakçıların 30%-i öz qazımızdan istifadə edəcək” - deyə, o bildirib.