...

Türkiyə bu ilin sonunadək Rusiya ilə yeni qaz sazişləri imzalamaq niyyətindədir - Fatih Dönməz

Qaz Digər xəbərlər 23 Noyabr 2021 22:35
Antalya TurkicWorld Aytac Aliyeva
Türkiyə bu ilin sonunadək Rusiya ilə yeni qaz sazişləri imzalamaq niyyətindədir - Fatih Dönməz

Türkiyə bu ilin sonunadək Rusiya ilə yeni qaz sazişləri imzalamaq niyyətindədir.

TurkicWorld-un məlumatına görə, bunu bu gün Türkiyənin energetika naziri Fatih Dönməz Antalyada çıxışı zamanı deyib.

"Rusiya ilə bu ilin sonunda müddəti başa çatan müqavilələr də uzadılacaq. Yeni müqavilələr əvvəlkilər kimi uzunmüddətli olmayacaq. Bu müddət 3 ildən 10 ilə kimi olacaq. Hesab edirik ki, razılaşmalar ilin sonuna kimi əldə olunacaq" - deyə, nazir bildirib.

O əlavə edib ki, Rusiya ilə prinsipial razılaşma artıq əldə olunub və təbii qaz qiymətləri həm BOTAŞ dövlət şirkəti, həm də özəl tədarükçülər üçün eyni olacaq.

Məqalədə:
REKLAM
Xəbərlər

Xəbər lenti