Dünya bazarlarında neft qiymətləri bahalaşıb

Dünya bazarlarında neft qiymətləri bahalaşıb

Bakı. TurkicWorld:

Dünya bazarlarında neft yenidən bahalaşıb.

TurkicWorld xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin fevral müqaviləsinin dəyəri 0.68% artaraq 1 barelə görə 78.78 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevral ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0.88% artaraq 73.34 dollar olub.