Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Bakı. TurkicWorld:

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti növbəti dəfə 100 dollardan yuxarı qiymətə realizə edilib.

TurkicWorld xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,03 dollar artaraq, 100,56 ABŞ dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin qiyməti sentyabrın 15-də 2023-cü ildə ilk dəfə 100 dolları ötüb və 100,53 dollara bərabər olub.