Çexiya Azərbaycandan neft idxalını üç dəfədən çox artırıb

Çexiya Azərbaycandan neft idxalını üç dəfədən çox artırıb

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan Çexiyaya təqribən 518 min ton neft və neft məhsulları ixrac edib ki, bu da Azərbaycanın ümumi xammal ixracının 5,6 faizini təşkil edir.

TurkicWorld xəbər verir ki, bu göstərici illik hesablamada 3,2 dəfə və ya 354,502 min ton artıb.

Qeyd olunan dövrdə Azərbaycandan Çexiyaya neft və neft məhsulları ixracının dəyəri 323,391 milyard dollar olub. Bu isə 2022-ci ilin analoji dövrü ilə müqayisədə 3,6 dəfə və ya 234,2 milyon dollar çoxdur.

Bütünlükdə 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 9,236 milyon tona yaxın neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi (9,5 milyon ton) ilə 2,6 faiz azdır. Dəyər ifadəsində neft ixracı 5,715 milyard dolları ötüb ki, bu da 2022-ci ilin yanvar-aprel aylarının göstəricisindən 12,7 faiz və ya 829,564 min dollar azdır.