...

Avropa Azərbaycanın enerji sektorunun inkişafında maraqlıdır - Pərviz Şahbazov

Energetika Digər xəbərlər 22 Fevral 2023 11:31
TurkicWorld Sabir Alizade
Avropa Azərbaycanın enerji sektorunun inkişafında maraqlıdır - Pərviz Şahbazov

Bakı. TurkicWorld:

Avropa Azərbaycanın enerji sektorunun inkişafında maraqlıdır.

TurkicWorld-un məlumatına görə, bu barədə bu gün Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, 2022-ci ilin iyun ayında Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu, dekabr ayında isə yaşıl enerjinin nəqli haqqında Memorandum imzalanıb.

"Yaşıl enerji istehsalı ilə bağlı layihələr orta və uzunmüddətli dövrdə bərpa olunan enerji və yaşıl hidrogenin təchizatçısı kimi ölkəmizin mövqeyini gücləndirəcəkdir", - nazir vurğulayıb.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbərlər

Xəbər lenti