BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Vayxır Kiçik Su Elektrik Stansiyasında (KSES) indiyədək 143 milyon kilovatt-saat elektrik enerjisi istehsal edilib.
TurkicWorld bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Stansiya hər biri 1,5 MVt gücündə 3 ədəd hidroaqreqatdan ibarətdir.
Vayxır Kiçik Su Elektrik Stansiyası 19 il öncə Naxçıvan Muxtar Respublikasında istismara verilib.
Qeyd edək ki, 2025-сi ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 3,096 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 597,5 milyon manat təşkil edib.







