Son dəqiqə

Azərbaycan Dövlət Neft Fondu

SOFAZ 2021-ci ilin birinci rübü üzrə investisiya bölgüsünü açıqladı

2021-ci ilin birinci rübündə Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) investisiya portfelində sabit gəlirli vasitələrə investisiyalar 64 faiz, səhmlərə 17 faiz, daşınmaz əmlaka 6 faiz, qızıla isə investisiyalar 13 faiz təşkil edib.

Bu barədə Trend-ə Fonddan bildiriblər.

Qeyd olunub ki, Fondun valyuta portfelinin 69 faizi dolların, 20 faizi avronun, 5 faizi funt sterlinqin, 6 faizi isə digər 14 valyutanın payına düşür.

"SOFAZ maliyyə, xammal sahəsi, sənaye, istehlak malları, səhiyyə, informasiya texnologiyaları, enerji, rabitə və kommunal xidmətlər kimi sektorlara investisiya yerləşdirir".

(Tərcümə: Orxan Nəbiyev)

Mövzuya görə xəbərlər