Azərbaycandan Türkiyəyə 1 milyard avroluq yardım

Azərbaycandan Türkiyəyə 1 milyard avroluq yardım

Azərbaycan Dövlət Neft Fondu Türkiyə Mərkəzi Bankında 1 milyard avroluq depozit yerləşdirib.

Fonddan TurkicWorld-ə verilən məlumata görə, ARDNF tərəfindən cari ilin yanvar ayında ümumi həcmi 1 milyard avro və qaytarılma müddəti 6 ay təşkil edən depozit mərhələli şəkildə Türkiyə Mərkəzi Bankında yerləşdirilib.

Fond bəyan edir ki, Türkiyədə maliyyə sabitliyinə töhfə verən bu yatırım ARDNF-nin investisiya strategiyası və Qaydaları çərçivəsində həyata keçirilib, 27 yanvar 2022-ci il tarixində yekunlaşdırılıb.