Son dəqiqə

Azərbaycan Dövlət Neft Fondu

AÇG-dən gələn gəlirlər açıqlandı

Bakı. TurkicWorld:

Azəri-Çıraq-Günəşli yataqları üzrə gəlirlər açıqlanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Dövlət Neft Fondu məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirlər 2022-ci ildəki 9,889 milyard dollara qarşı 2023-cü ildə 6,899 milyard dollardan çox olub.

Beləliklə, ARDNF-nin AÇG-dən əldə etdiyi gəlirlər illik müqayisədə təxminən 30,2 faiz azalıb.

Qeyd edək ki, Bakıdan 100 kilometr aralıda yerləşən AÇG Xəzər dənizinin Azərbaycan sektorunda ən böyük neft-qaz yataqları blokudur.

1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda blokun ehtiyatları 511 milyon ton qiymətləndirilirdi. Bu rəqəm sonradan 1,072 milyard tona qədər yenidən işlənib.

BP Exploration (Caspian Sea) Limited AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində podratçılar adından operatordur.

AÇG-də paylar: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), INPEX (9,31%), Equinor (7,27%), ExxonMobil (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%) ), ONGCVidesh (2,31%).

Mövzuya görə xəbərlər