Son dəqiqə

SOCAR Ukrayna Rosneft

SOCAR Ukraynaya "Rosneft"in dizel yanacağının tədarükünə başlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynaya "Rosneft" istehsalı olan dizel yanacağının ilk partiyasını tədarük edib.

Trend bu barədə Ukrayna KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, 2 min tona yaxın yanacaq ehtiyatı "OKKO" qrupundan olan şirkətin adına idxal edilib.

Bir müddət əvvəl məlumat verilmişdi ki, SOCAR "Rosneft"in neft məhsullarını Ukrayna, Polşa və Baltikyanı ölkələrə nəqlini təşkil edəcək:

"SOCAR beynəlxalq neft ticarəti sahəsində mövqelərini möhkəmləndirməkdə davam edir. Bu istiqamətdə atılan addımlardan biri "Rosneft" şirkəti ilə müqavilənin imzalanması olub".

(Tərcümə: Orxan Nəbiyev)

Mövzuya görə xəbərlər