Son dəqiqə

İsrail Yaxın Şərq İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı hərbi gərginlik Regional Təhlükəsizlik İsrail Kats

İsrail müdafiə naziri: İran hücum etsə, ən böyük səhvini etmiş olacaq

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrailin müdafiə naziri İsrail Kats bəyan edib ki, İran İsrailə hücum edərsə, bu, onun "ən böyük səhvi" olacaq.

TurkicWorld xəbər verir ki, İsrael Kats sosial şəbəkə hesabında yaydığı açıqlamada İran İnqilab Keşikçiləri Korpusunun komandanının son günlər İsraili davamlı şəkildə hədələdiyini bildirib.

Nazir qeyd edib ki, Hörmüz boğazı və ya mülki şəxslərə qarşı hücumlar İranın məqsədlərinə çatmasına kömək etməyəcək.

İsrael Kats vurğulayıb ki, İsrail Silahlı Qüvvələri bütün tapşırıqları yerinə yetirməyə hazır vəziyyətdədir.

Mövzuya görə xəbərlər