BTC ilə Türkiyəyə neft nəqli artıb

BTC ilə Türkiyəyə neft nəqli artıb

Bakı. TurkicWorld:

2022-ci ilin oktyabrında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Türkiyəyə 20,749 milyon barel xam neft nəql edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 faiz çoxdur.

TurkicWorld bu barədə bu gün Türkiyənin BOTAŞ şirkətinə istinadən məlumat verir.

Yanvar-oktyabr aylarında BTC neft kəməri ilə Türkiyəyə 185,128 milyon barel xam neft nəql edilib. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz çoxdur.

Qeyd edək ki, 2021-ci il ərzində BTC neft kəməri ilə Türkiyəyə 200,149 barel xam neft nəql edilib. 2020-ci ildə bu göstərici 208,064 milyon barelə bərabər idi.

Ötən ilin yanvar-dekabr ayları arasında Türkiyəyə BTC ilə ən yüksək neft nəqli yanvar ayında (18,967 milyon barel), ən az nəql fevral ayında (14,537 milyon barel) qeydə alınıb.