Son dəqiqə

Brent Dated Azərbaycan nefti neft FOB CIF Azeri Light Neft-qaz kəmərləri xam neft Neft və qaz axtarışı neftin qiyməti

Azərbaycan nefti bahalaşıb

BAKI, TurkicWorld, Zeynəb Raminqızı

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,31 ABŞ dolları və ya 0,45% artaraq, 69,61 dollar/barel təşkil edib.

Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,34 dollar və ya 0,50% bahalaşaraq 68,10 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,1 dollar və ya 0,18% artaraq, 55,91 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,17 dollar və ya 0,25% azalaraq 67,27 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Mövzuya görə xəbərlər