Bakı,TurkicWorld
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 3,92 ABŞ dolları və ya 3,82% ucuzlaşaraq 98,76 ABŞ dollarına enib.
Bu barədə TurkicWorld-a neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 3,97 dollar və ya 4,02% ucuzlaşaraq 94,82 ABŞ dolları təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,48 dollar və ya 4,82% azalaraq 68,72 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,07 dollar və ya 3,19% azalaraq 93,04 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.
"Trading Economics"in məlumatına görə, çərşənbə axşamı xam neftin qiyməti bir barel üçün 85 dollara yaxınlaşıb.
"Ötən sessiyada başlayan ucuzlaşma qlobal təklifin artacağına dair gözləntilərin Yaxın Şərqdə davam edən geosiyasi gərginlikləri üstələməsi fonunda davam edib.
Beynəlxalq Enerji Agentliyi (IEA) cari rüb ərzində gündəlik təxminən 2 milyon barel həcmində neft profisiti yaranacağını proqnozlaşdırıb. "Goldman Sachs" isə gələn il bazarda potensial təklif artıqlığı ilə bağlı xəbərdarlıq edib.
Bununla yanaşı, ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatlarına görə, Hörmüz boğazından neft daşımalarının həcmi üçüncü rübdə əvvəlki rüblə müqayisədə 78% artaraq gündəlik 9,1 milyon barelə çatıb.
Səudiyyə Ərəbistanının neft hasilatı oktyabrda əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda, krallıq və Birləşmiş Ərəb Əmirlikləri rəqabət qabiliyyətini qorumaq və bazar payını müdafiə etmək məqsədilə neftin rəsmi satış qiymətlərini aşağı salıblar.
Geosiyasi cəbhədə isə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Vaşinqton İranla münaqişənin uzunmüddətli hərbi öhdəliyə çevrilməsinə imkan verməyəcək. O, ABŞ-ın münaqişəyə hətta iki il davam edəcək şəkildə cəlb olunması ehtimalını da istisna edib", - məlumatda qeyd edilib.




