Bakı, TurkicWorld
Dövlət Neft Şirkətinin (SOCAR) Tükiyədə fəaliyyət göstərən STAR neft emalı zavodu (NEZ) 2025-ci ildən başlayaraq hər il İstanbul aeroportuna 700 min ton aviayanacağın tədarükü ilə bağlı strateji tərəfdaşlıq elan edib.
TurkicWorld xəbər verir ki, razılaşma üç il müddətini əhatə edir və dünyanın ən iri hava limanlarından biri üçün sabit və etibarlı yanacaq tədarükünün təmin edilməsi yolu ilə aviasiya sektorunu möhkəmləndirmək məqsədi daşıyır.
"Biz strateji əməkdaşlığımızdan qürur duyuruq, çünki bu, aviasiya sahəsini dəstəkləyən sədaqətimizi vurğulayır", — şirkətdən bildirilib.
Qeyd edək ki, STAR neft emalı zavodu 2018-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb. Zavod ümumilikdə 6.3 milyard dollar investisiya hesabına inşa edilib; həmin məbləğdən 3,3 milyard dolları kredit yolu ilə cəlb edilib.
STAR Türkiyənin ən iri neft emalı zavodu hesab olunur, ölkənin neft məhsullarına olan tələbatının 18 faizini ödəyir. Bu yaxınlarda həyata keçmiş təmir işlərindən sonra zavodun istehsalatı 13 milyon tonu ötüb.