Son dəqiqə

SOCAR Rövşən Nəcəf

SOCAR-ın prezidenti "ENOC Group"un İdarə Heyətinin üzvü və baş icraçı direktoru ilə görüşüb

BAKI,TurkicWorld

SOCAR-ın prezidenti Rövşən Nəcəf "ENOC Group"un İdarə Heyətinin üzvü və baş icraçı direktoru Hussein Lutah ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Görüşdə şirkətlər arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib, cari ilin noyabrında SOCAR ilə "Dragon Oil" arasında imzalanan Anlaşma Memorandumunun əlaqələrin genişləndirilməsi baxımından önəmi qeyd olunub.

Tərəflər enerji sektorunun müxtəlif istiqamətləri üzrə, o cümlədən kəşfiyyat, hasilat, rəqəmsallaşma, ticarət, marketinq və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Mövzuya görə xəbərlər