Son dəqiqə

Cənub Qaz Dəhlizi Kadri Simson

Aİ Avropaya qaz tədarükünün artırılması üzrə səylərinə görə Azərbaycana təşəkkür edir - Avrokomissar

Mən Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünün artırılması üzrə səylərinə görə Azərbaycana təşəkkür edirəm.

TurkicWorld-un məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Kadri Simson "Twitter" səhifəsində yazıb.

O əlavə edib ki, Azərbaycan etibarlı tərəfdaşlığını təsdiq edib.

"Heç bir şübhə yoxdur ki, Cənub Qaz Dəhlizi Aİ-nin enerji şaxələndirilməsi siyasəti və tədarükün təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır. Fikrimizcə, Cənub Qaz Dəhlizi davam etməkdə olan uğur tarixçəsidir", - deyə o yazıb.

Mövzuya görə xəbərlər